Gündəm 

Avropa Komissiyası TANAP layihəsinə 5 milyon avro məbləğində qrant ayırıb

ARANTV.AZ xəbər verir ki, Avropa Komissiyası TANAP layihəsinə 5 milyon avro məbləğində qrant ayırıb. “Euronews” telekanalı isə “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan TAP qaz boru kəməri ilə bağlı süjet yayımlayıb.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan qlobal layihələr Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın neft-qaz stategiyasının növbəti uğuru kimi səciyyələndirilir. Layihənin əhəmiyyətini nəzərə alan Avropa Komissiyası Azərbaycan qazının Türkiyəyə və oradan Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu boru kəməri-TANAP-a 5 milyon avro məbləğində qrant ayırıb. Qrant Avropa Komissiyasının enerji layihələrini dəstəkləyən CEF Enerji Proqramı çərçivəsində təmin edilib. Avropa İttifaqına üzv ölkələr bir sıra layihələrə 48,4 milyon avro dəyərində sərmayə qoymağı qərara alıb. TANAP-da bu layihələr arasında olan iki qaz layihəsindən biridir. “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan TAP qaz boru kəmərinin inşası üzrə isə işlər davam etdirilir. Euronews telekanalında yayımlanan süjetdə bildirilir ki, ABŞ Azərbaycanla İtaliyanı birləşdirəcək qaz kəmərinin tikintisində maraqlıdır. Rəmi Vaşinqton bu qaz kəmərini Avropanın təhlükəsizliyinə böyük töhfə kimi qiymətləndirir. 870 km uzunluğunda  olan qaz kəməri Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və Adriatik dənizdən keçəcək. 2020-ci ilin sonunadək təxminən 10 milyard kubmetr Azərbaycan qazının İtaliyaya nəqli planlaşdırılır. Vurğulanır ki, TAP, Avropada yeni qaz təchizatı mənbəyinin yaradılması üçün vacib cəhddir.

Daha çox xəbərlər

Leave a Comment