Region Xəbərləri 

Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolunun yenidən qurulması yekunlaşır

ARANTV.AZ xəbər verir ki, Dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, ölkədə yol infrastrukturunun yenidən qurulması istiqamətində işlər davam etdirilir. Müasir standartlara cavab verən yollar həm də bölgələrin iqtisadiyatına, xüsusən də turizmin inkişafına təkan verir. Turism mərkəzlərindən olan Oğuz rayonunda Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolu da yenidən qurulur.

Bucaq-Muxas-Baş Daşağıl yolu torpaq və çınqıl örtüklü olduğundan bu kəndlərin 4 min nəfər əhalisinin respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yoluna çıxışında çətinlik yaşanırdı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolun yenidən qurulmasına başlayıb və işlər artıq yekunlaşır. 17,5 kilometrlik yol 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun tikilir. Yolun eni çiyinlərlə birgə 10 metrə çatdırılıb. Yeni yol yatağının tikintisi zamanı suötürücü borular da yenilənib. Tikinti layihəsinə uyğun olaraq, sonrakı mərhələdə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrdə isə asfaltlanma işləri aparılır.

Tikinti işlərindən sonra hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək. Yenidənqurma işlərinin yaxın aylarda yekunlaşdırılması nəzərdə tutulub.

Daha çox xəbərlər

Leave a Comment