BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında əhalinin sülhə hazırlanması barədə konkret tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayır.
ARANTV.AZ xəbər verir ki, bu barədə Trend BMT Baş katibinin rəsmi nümayəndəsinin bəyanatına istinadən məlumat verir.
