Kriminal 

Bakıda qadın ərini öldürdü – Qətlin təfərrüatı

Bakıda qeyri-rəsmi münasibətlə olduğu kişini qətlə yetirməkdə təqsirli bilinən Yelena Maxrovanın cinayət işi.

ARANTV.AZ  xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Əvvəllər məhkum olunmuş Sabir Qurbanov onunla qeyri-rəsmi nigah münasibətlərində olan Yelena Maxrova ilə mübahisə edib. Mübahisə zamanı qadın Sabir Qurbanova bıçaqla bir zərbə vurub. Daxili qanaxmadan Sabir Qurbanov elə evdə dünyasını dəyişib.

Cinayəti törətməkdə şünhəli bilinən Yelena Maxrova polis əməkdaşları tərəfindən saxlanılıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Yelena Maxrova ifadəsində bildirib ki, rəsmi qaydada ailə qurub evləndiyi həyat yoldaşı cinayət törətdiyi üçün məhkum olunduğuna görə ondan boşanıb. Özü müxtəlif yerlərdə qulluqçu və qabyuyan kimi işləyib.

Təxminən 2 il əvvəl Sabir Qurbanovla tanış olub. Arvadı ilə uzun illər əvvəl boşandığını bildirən Sabir ona birlikdə ər-arvad kimi yaşamağı təklif edib. Sabir əvvəllər bir neçə dəfə məhkum olunub. Onun keçmiş həyat yoldaşı və övladları da onların münasibətlərini biliblər. Onun daimi iş yeri olmayıb.

İlk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan Sabirin spitli içikiyə alüdə olması səbəbindən dəfələrlə aralarında mübahisələr baş verib. Sabir onu təhqir edib döysə də, Yelena onun hərəkətləri barədə polisə şikayət etməyib.

Spirtli içkini atmayan Qurbanov öz tanışlarını tez-tez evə dəvət edərək içki məclisi qurub.

Hadisə baş verən günü Yelena işdən evə gələn zaman otaqdakı divanda dostlarının, Sabirin isə çarpayıda uzanıb yatdıqlarını evin isə səliqəsiz vəziyyətdə olduğunu görüb:

“Evə gələndə gördün ev səliqəsiz vəziyyətdə stolun altında araq şüşələri var. Başladım evi yığışdırmağa. Bu vaxt Sabir yuxudan oyanıb hirsli şəkildə başladı məni söyməyə. Dedi, axşam vaxtı gəzməydən gəlirsən? Mən ona cavab qaytarmaq istəyəndə Sabir əli ilə boğazımnan tutub təpiklə məni vurub yıxdı kreslonun üstünə”.

Bu vaxt Yelena Maxrova masanın üstündə mətbəx bıçağını görüb və sağ əli ilə onu götürüb Sabirin qarın nahiyyəsinə bir zərbə vurub.

İfadəsinin davamında Maxrova bildirib ki, qarnından qan gələn kimi Sabir Yelenanı buraxaraq çarpayıya oturub. Qanı görən kimi qadın həyəcanalanıb və Sabiri qucaqlayaraq ona yardım etməyə çalışıb. Yelena divanda yatan Sabirin dostunu oyadaraq yoldaşını bıçaqla vurduğunu və təcili yardıma zəng etmək istədiyini bildirib.

Təxminən 10-15 qədiqədən sonra gələn həkimlər Sabiri müayinə edərək onun qanaxmadan öldüyünü deyiblər. Sonra hadisə yerinə gələn polis əməkdaşları isə onu bölməyə aparıblar.

Məhkəmədə Yelena Maxrova ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyib.

O, törətdiyi əməldən səmimi peşman olmasını, Sabir Qurbanovu ehtiyatsızlıqdan öldürməsini və zərərçəkmiş şəxs tərəfindən ona qarşı şikayəti olmamasının nəzərə alınmasını xahiş edib.

Sonda məhkəmənin hökmü ilə Yelena Maxroxa 10 il müddətinə azadlıqdan məhrum olunub.

Ölkə.Az

Daha çox xəbərlər