MÜSTƏQİL AZƏRBAYCANINN MEMARI VƏ QURUCUSU ULU ÖNDƏR HEYDƏR ƏLİYEVDİR
Hər bir dövlətin tarixində və xalqın yaddaşında, mühüm insanlar var ki, onlar heç bir zaman unudulmur, xalqın qəlbində daima yaşayır.Bu şəxslərdən biri də Azərbaycan Respubilkasının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevdir.Dövlətçilik tariximizdə misilsiz işlər görən, yeni parlaq səhifə açan bənzərsiz şəxsiyyətdir Heydər Əliyev.Məhz xalqının ona bəslədiyi ümidləri doğrultmaq naminə böyük siyasətin rəhbəri Ulu Öndər ömrünün böyük bir hissəsini öz xalqına, vətəninə həsr etdi.Heydər Əliyev nəinki Azərbaycanda həttda dünya siyasətçiləri arasında böyük nüfuz qazanmış lider idi.Daima ölkəsinin milli mənsubiyyətini üstün tutan, xalqının dövlətinin gələcəyi, və rifahı üçün çalışan bir siyasətçi idi.İndi ki, müasir Azərbaycan Respubilkasının inkişafının təməlləri məhz Heydər Əliyevin hakimiyyəti dövründə atılıb.
H.Əliyev daima gənclərə olan dəstəyi ilə seçilib.Liderimiz hər zaman Gənclərin Azərbaycan Respubilkasının gələcəyində müstəsna rolu olacağını vurğulayıb.Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib.Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövürlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğsı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır.
Ümummilli Liderimizin bizlərə qoyduğu mirası cənab Prezidentimiz İlham Əliyev layiqincə davam etdirir, və Azərbaycanımız günü-gündən daha da inkişaf edir,müasirləşir.Mən də Azərbaycanlı bir gənc olaraq xalqımın milli dəyərlərini üstün tutaraq, ölkəmizin rifahı üçün əlimdən gələni əsirgəmiyəcəm.Liderimizin dediyi kimi ‘’MƏN FƏXR EDİRƏM Kİ AZƏRBAYCANLIYAM’’

AZƏrBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİ
SOSİAL MENECMEN FAKÜLTƏSİ III KURS.
ŞƏBMƏM SƏLİMLİ

