Çimərkən kisələnmək vacibdirmi?
Sağlam, qüsursuz və parlaq bir dəriyə sahib olmağın yollarından biri də kisələnməkdir. Bəs kisələnməyin fayda və zərərlərindən məlumatınız varmı?
ARANTV.AZ ailem.az-a istinadən kisələnməyin faydalarını təqdim edir:
– Kisələnmək özünüzü hüzurlu və rahat hiss etmənizi təmin edir, stressi azaldır.
– Dəri altında qan dövranını sürətləndirir və hüceyrələrin çoxalıb yenilənməsinə yardımçı olur.
– Dərini ölü dəridən təmizləyir.
– Dəridəki məsamələri açır və dəriniz həmişə təmiz, canlı görünür.
– Sellülitləri yox edir.
– Dəridə sızanaq yaranmasının qarşısını alır.
– Dəriniz yağlıdırsa, kisə sayəsində yağlanmanın qarşısını ala bilərsiniz.
– Yenilənən hüceyrələr sayəsində immunitet sisteminizin güclənməsinə yardımçı olacaq.
– Əzələləri yumşaldır, qan dövranını yaxşılaşdırır
Bəs zərərləri nələrdir?
– Çox tez-tez kisələnmək dərinin qoruyucu təbəqəsinin yox olmasına və dərinin qıcıqlanmasına səbəb olur.
– Dəri nəmini itirib quruyur.
– Zərərli maddələrin dəridən içəriyə girməsinin qarşısını alan bir təbəqə var. Tez-tez kisələnsəniz, həmin təbəqə həssaslaşacaq. Nəticədə dəridə bir çox dəri xəstəliyi yarana bilər. Ancaq 15 gündən bir kisələnsəniz, heç bir ziyanı olmaz.

