“Xarıbülbül” festivalı Vətən müharibəsində qazanılan böyük Qələbəmizin mədəni müstəvidəki təntənəsidir
“Xarıbülbül” festivalı Vətən müharibəsində qazanılan böyük Qələbəmizin mədəni müstəvidəki təntənəsidir.
ARANTV.AZ xəbər verir ki, bunu Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik qeyd edib ki, bu, mədəniyyət paytaxtında həyata keçirilən ilk mədəni tədbirdir.
Hələ bir neçə ay bundan öncə dövlətimizin başçısı İlham Əliyev Şuşada “Xarıbülbül” festivalının keçirilməsi ənənənin bərpa edilməsinin vacibliyini vurğulamışdı. Sevindircidir ki, artıq Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu festival keçirililib. Bu festival Şuşanın mədəniyyət paytaxtı statusunu almasından sonra keçirilən ilk mədəni tədbirdir.
Hələ sovet dönəmində – ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi vaxtlarda Şuşada musiqi festivalı təşkil edilir, bu festival böyük musiqi bayramına çevrilirdi. Lakin, 1992-ci ildə Ermənistan ordusu tərəfindən Şuşanın işğal edilməsi ilə bu cür festivalların da keçirilməsi mümkünsüz hala gəldi.
44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusu işğal altındakı torpaqları, o cümədən Şuşanı düşməndən azad etdi. Bununla da Şuşada musiqi festivallarının bərpası üçün ilkin zəmin yaranmış oldu. Bu gün “Xarıbülbül” festivalının keçirilməsi ilə bu tarixi ənənə bərpa edildi.
Cəlil Xəlilov bildirib ki, Şuşada “Xarıbülbül” festivalının keçirilməsi həm Prezident İlham Əliyevin, həm də Heydər Əliyev Fondunun Azərbaycan xalqı qarşısındakı çoxsaylı tarixi xidmətlərindən biridir. Təxminən 30 illik fasilənin ardınca mədəniyyyət paytaxtımızda belə bir festivalın keçirilməsi xalqımız tərəfindən illər, əsrlər sonra da sevinc, qürur və minnətdarlıq hissi ilə yad ediləcək.

