ATƏT-in baş katibi Minsk qrupunun həmsədrləri ilə görüşüb
ATƏT-in baş katibi Helqa Şmid ilk dəfə ATƏT Minsk qrupunun həmsədrləri və təşkilatın hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiklə şəxsən görüşüb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə H.Şmid öz “Twitter” səhifəsində yazıb.
ATƏT sədri Minsk qrupunun fəaliyyətinə dəstəyini ifadə edib.

