Cəmiyyət 

Dövlət qulluqçularının maddi motivasiyanın artırılması vacibdir – AÇIQLAMA

Dövlət qulluğu haqqında qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var.

ARANTV.AZ-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli Tvinninq layihəsinin bağlanış mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, buna uyğun olaraq yeni yanaşma müəyyən edilib:

“Öncə özəl sektorla müqayisə oluna biləcək səviyyədə məvacibin müəyyən edilməsi, sosial ədalət prinsipi əsasında bərabər əməyə görə bərabər haqqın verilməsi və dövlət qulluqçularının əməyinin ödənişi sistemində mövcud olan ödəniş səviyyələrinin sayının optimallaşdırılmasıdır ki, bu say 400-ə yaxındır və bunun optimallaşdırılması nəzərdə tutulur”.

Mətin Kərimli bildirib ki, dövlət qulluqçularının eyni təsnifat çərçivəsində vəzifə yüksəlişində maddi motivasiyanın artırılması da vacibdir:

“Qanunvericilikdə dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi onların məvacib artımında nəzər alınmasıdır. Bütün bu vəzifə və məqsədləri nəzərə alaraq yeni yanaşma müəyyən edilib. Yanaşmanın üç komponenti barədə məlumat vermək istəyirik.

Birinci komponent ondan ibarətdir ki, dövlət qulluqçusunun vəzifə maaşı dövlət qulluqçularının vəzifələrinin təsnifatına əsaslanan əməyin ödəniş səviyyəsi, yəni şaquli istiqamət və dövlət qulluqçularının fəaliyyətini qiymətləndirilməsinə əsaslanan ödəniş pilləsi üfüqi istiqamət üzrə müəyyən edilir.

İkincisi, vəzifə maaşları rəqabət qabiliyyətli prinsip əsasında artırılır, aylıq vəzifə maaşları sistemi qanunla müəyyən edilir.

Üçüncüsü, dövlət qulluqçularının əməkhaqları beynəlxalq təcrübə əsasında ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə daim uyğunlaşdırılır”.

“Bu yanaşmanın əks olunduğu dövlət qulluqçularının əməyin ödənilməsi sistemi haqqında qanun layihəsi hazırlanıb, yekunlaşdırılaraq aidiyyət dövlət orqanlarına təqdim olunub. Biz onlardan daxil olan rəy və təkliflər əsasında qanun layihəsini yenidən təkmilləşdiririk. Gələcəkdə büdcədən maliyyələşən digər təşkilatlarda da əməyin ödənişi sisteminə dair layihələrin hazırlanması nəzərdə tutulur”, – deyə nazir müavini qeyd edib.oxu.az

Daha çox xəbərlər