Ramiz Mehdiyev AMEA-nın institutlarını YOXLATDIRMAĞA BAŞLADI
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdindəki institutlarda yoxlamalara başlanılıb.
ARANTV.AZ unikal.org-a istinadən xəbər verir ki, AMEA prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığı ilə qurumun nəzdində olan bütün institutlarda maliyyə yoxlamalarına start verilib.Yoxlamalar zamanı ciddi nöqsanlar aşkarlanarsa, AMEA prezidentinin materialları hüquq-mühafizə orqanlarına da göndərəcəyi bildirilir.

