Gündəm 

Azərbaycanın turizm imkanları İsveçrədə nümayiş olunub

ARANTV.AZ xəbər verir ki, İsveçrənin Sankt-Moritz şəhərində keçirilən ənənəvi qış polosu üzrə dünya kuboku turniri çərçivəsində Azərbaycan pavilyonunda ölkəmizin turizm imkanları nümayiş etdirilib. Turnir müddətində qonaqlar Azərbaycanın atçılıq ənənələri, milli mədəniyyəti və qonaqpərvərliyi ilə tanış olublar. Pavilyonda Lahıc misgərliyi və Şəki şəbəkə sənətkarlığı nümunələri və milli xalçalar nümayiş olunub, caz üslubunda milli musiqi fonunda Azərbaycanı əks etdirən fotolardan ibarət sərgi təşkil edilib. Azərbaycan pavilyonunu ziyarət edənlərə “Azerbaijan – Take another look” adlı konsepsiyaya uyğun yeni çap olunan broşürlər, Heydər Əliyev Fondunun nəşrləri paylanılıb. Yarışlar çərçivəsində izləyicilərə Qarabağ atları və milli rəqslərimizdən ibarət çıxışlar da təqdim olunub.

Daha çox xəbərlər