“The Budapest Times” portalı Azərbaycandan yazıb
ARANTV.AZ xəbər verir ki, “Azərbaycan təbii resurslarla, xüsusilə enerji resursları ilə zəngin ölkədir. Macarıstanın “The Budapest Times” portalında yerləşdirilən məqalədə belə deyilir. Yazıda bildirilir ki, ölkəmizdə sərmayədarlar üçün yaxşı imkanlar var.
“Azərbaycana investisiya yatırmaq imkanlarını nəzərdən keçirmək lazımdır. Çünki Xəzər dənizinin qərb sahilində yerləşən, zəngin enerji resurslarına malik Azərbaycan iqtisadiyyatı çoxşaxəlidir. Ölkədə xarici investorlar üçün yaxşı imkanlar var. “The Budapest Times” portalında yerləşdirilən yazıda bu barədə məlumat verilir. Bildirilir ki, 100 il əvvəl Azərbaycan qadınlara səsvermə huquq verən ilk müsəlman ölkəsidir. Gender bərabərliyi ilə bağlı zəngin tarixə malik Azərbaycan bu gün qadın iş adamlarına geniş şərait yaradır. Azərbaycan qadınların hüquq və imkanlarının genişləndirilməsi məqsədilə BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq edir. Bir sözlə, ölkənin zəngin enerji resursları və hökumətin həyata keçirdiyi islahatlar xarici investorlarda Azərbaycan iqtisadiyyatına marağı artırıb. Elektron viza sisteminin tətbiqi turizm sahəsində müsbət dəyişikliklərər səbəb olub. Azərbaycana səfər üçün “onlayn” müraciət etmək və “onlayn” viza almaq da mümkündür. Müəllif Azərbaycandakı təhlükəsizliyi və sabitliyi də xüsusi ilə vurğulayır.

