Metroda əlil arabası üçün yerlər ayrılıb
ARANTV.AZ xəbər verir ki, “Bakı Metropoliteni” QSC sosial əhəmiyyətli və genişmiqyaslı layihəyə start verib. Məqsəd sağlamlıq imkanları məhdud insanların da metropolitendən maneəsiz, təhlükəsiz, rahat istifadə imkanlarını artırmaqdır.
Bununla da sağlamlıq imkanları məhdud insanların metropolitendən təhlükəsiz, rahat istifadə imkanları artacaq. Layihənin icrasından əvvəl mütəxəssislər bu qəbildən olan şəxslərin metro işçilərinin və xüsusi avadanlıqların köməyi ilə metrodan istifadə etməsinin mümkünlüyünü araşdırıblar.
Əlil arabasından metropolitendə istifadə etmək istəyənlər sifarişini əvvəlcədən verəcək. Onları metropolitendə bu iş üçün ayrılan şəxs girişdə qarşılayaraq, stansiyaya endirəcək. Fiziki məhdudiyyətli sərnişinin qatarla mənzil başına çataraq, stansiyanı tərk etməsi də təmin olunacaq. Bu xidmət isə tam ödənişsizdir. Əlil arabasında metropolitendən istifadə etmək istəyənlər üçün xüsusi mobil əlavə hazırlanır. Bu proqramı yükləməklə sərnişinlərin sifariş imkanları da genişlənəcək.
Tezliklə digər qatarlar da hazır olacaq. Bundan başqa bu il Bakı Metropoliteni 30 vaqonu istismardan çıxarmağa nəzərdə tutur. Bunun əvəzində ən müasir standarlara cavab verən Rusiya istehsalı olan vaqonlar alınacaq.

