Sosial 

Ağdamda beynəlxalq konfrans keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutu 2021-ci il 16-17 sentyabr tarixlərində “QARABAĞDA YENİ İQTISADİYYAT QURUCULUĞU: AĞDAMDAN İNKIŞAF İMPULSLARI” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirəcək.

ARANTV.AZ  xəbər verir ki, konfransın plenar iclası Ağdamda, digər iclasları onlayn təşkil olunacaq. Konfransda Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı, Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət, məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı mövzuları müzakirə olunacaq.

Konfransın materialları (məqalə və tezislər toplusu) nəşr ediləcəkdir. Məqalə və tezislər yalnız elektron formada, Azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur.

Daha çox xəbərlər