Şəmkirdə intihar etmək istəyən şəxs xilas edilib
Şəmkir sakini intihara cəhd edib.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə rayonun Posanlı kəndində qeydə alınıb.
Kənd sakini Rəşad Məsimov yaxınları tərəfindən yaşadığı evin həyətində asılı vəziyyətdə tapılıb.
Dərhal R.Məsimov xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Onun intihara cəhd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

