İsraildə aktiv koronavirus xəstələrinin sayı 36 mini ötüb
İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 5 695 nəfər yoluxub.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 910 569 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 16 nəfər ölüb və ölənlərin ümumi sayı 6 571 nəfər təşkil edir.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 867 747 nəfəri sağalıb, aktiv xəstələrin sayı 36 251 nəfərə qədər artıb.

