Qadınlar maska taxmadığı üçün onlara cərimə yazan polisi döydülər – VİDEO
Maska taxmayan iki qadın onlara cərimə yazmaq istəyən polisi döydülər.
ARANTV.AZ xəbər verir ki, hadisə Hindistanda baş verib. COVID-19 ilə mübarizəyə könüllü olaraq dəstək verən mülki müdafiə işçisi maska taxmadıqlarına görə cərimə yazmaq istədiyi iki qadın tərəfindən döyülüb və təpiklənib.
Qadınların zabitə hücum etdiyi anlar ətrafdakı insanlar tərəfindən görüntüyə alınıb.
Hadisədən sonra qadınlar saxlanılıb və barələrində cinayət işi açılıb./AZXEBER.COM

