Əfqanlar üzərək Özbəkistana keçdilər
Talibandan qaçan 158 əfqan vətəndaşı Əfqanıstanla sərhəddəki Amudərya çayını üzərək, Özbəkistana keçib.
ARANTV.AZ “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğu açıqlama yayıb.
Bildirilib ki, əfqanlar qeyri-qanuni yollarla Özbəkistanın Timriz rayonuna “sızıb”. Məsələ ilə bağlı araşdırmalara başlanılıb.

