Müğənni Nəriman Mingəçevirli dünyasını dəyişib.
ARANTV.AZ xəbər verir ki, bu barədə onun tanışları məlumat yayıblar.
Məlumata görə, o, dünən COVID-19-dan vəfat edib. Qeyd edilir ki, müğənnidə bir neçə gün əvvəl koronavirus aşkarlanıb.
O, Mingəçevir şəhərində müğənniliklə məşğul olub. (“Report”)
