Goruslu ermənilər: “Nə edəcəyimizi bilmirik”
“Tanrıya and olsun, nə edəcəyimizi bilmirik. Düşünürük ki, bəlkə mal-qaranı ümumiyyətilə, kəsək?! Onları yemləməyə ot yoxdur. Qışda heyvanı necə saxlayacağıq, bilmirik”.
Ermənistanın Gorus rayonundakı “Vanand”, yəni Qurdqulaq kəndində yaşayan ermənilər hətta acı zarafat da edirlər ki, indi Gorusda və Zəngəzurda ot qızıldan bahadır.
Səbəblər çoxdur, amma onların arasında ən başlıcası çox güclü quraqlıq, bir də Azərbaycanla sərhədin delimitasiya və demarkasiya olunmamasıfdır.
Qurdyeri əzəli və qədim azərbaycanlı kəndidir. 1988-ci ilin noyabr ayının axırlarında kəndin sakinləri – azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə deportasiya olunublar. Təbii, indi bu kənddə ancaq ermənilər yaşayırlar.
Həmin ermənilərdən biri – Aylas Sloyanın dediyinə görə, fermerdir, 40-50 baş iribuynuzlu davarı var.

“Ötən illə müqayisədə kəndə gələn su ən azı 40 faiz azalıb. Belə müsibət, pis il hələ olmamışdı. Quraqlıqdı, hər yan yanır, otları sulamağa su yoxdur. Ot azdır və təbii ki, çox baha satırlar. Məsələn, ötən il 1 bağ ot üçün 800-1100 dram verirdiksə, indi qiymət 1600 doama çatıb”, – Sloyan söyləyib.
Zəngəzurdakı erməni fermerlər iribuynuzlu davalarını satmağa çalışırlar, amma alıcı yoxdur.
Erməni kəndlilərin dediyinə görə, onlar ötən qış 3-4 min bağ ot satın almışdılarsa, indi bunu edə bilməyəcəklər.
Ermənistan mediasında yer alan məlumatlara görə, üstəlik, mal-qaranın satış problemi var. Qəssabxanalarda təklif edilən davara heç baxmırlar da.
Aqronomlar isə deyirlər ki, əgər ötən il kəndlilər bir hektardan 380-400 bağ ot yığırdılarsa, indi 250 bağı zorla toplayırlar.
Üstəlik, Ermənistanın Azərbaycanla dövlət sərhədinin delimitasiya və demarkasiya prosesi əngəlləndiyindən, Zəngəzurdakı erməni kəndlilərin yaxın gələcəklə bağlı fikirləri bədbindir.
Zəngəzurdakı kəndlərin perspektivləri ilə bağlı Ermənistanın hakimiyyət dairələrinin dəqiq planları və strategiyası olmadığından ermənilər sabah nə olacaqlarıın bilmirlər.
Bacaran davarını satır, bacarmayan isə nə edəcəyini düşünür.

