Salyanda Kür çayında batan yeniyetmənin meyiti sudan çıxarılıb
08:25
Salyanda Kür çayında batmış yeniyetmənin meyiti çıxarılıb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, 15 yaşlı Emil Əziz oğlu Baxışovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
———-
01:55
Salyanda yeniyetmənin Kür çayında batması ilə bağlı bəzi təfərrüatlar məlum olub.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, avqustun 29-da axşam saatlarında Salyan şəhəri Babazanlı massivi ərazisində Kür çayında taxta qayığın batması nəticəsində qayıqda olan 3 yeniyetmədən biri – 15 yaşlı Emil Əziz oğlu Baxışov suda boğulub. Digər azyaşlılar xilas edilib.
Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Axtarışlar bu gün havanın işıqlanmasından sonra davam etdiriləcək.

