Abşeronda 44 yaşlı kişiyə 5 bıçaq zərbəsi vurulub
Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ report-a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Mübahisə zəminində bıçaqlanan 1977-ci il təvəllüdlü Orucov Abdulla Cümşüd təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona bədənin müxtəlif nahiyələrində beş ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.

