Qubada azyaşlı yıxılaraq ağır xəsarət alıb
Qubada azyaşlı velosipeddən yıxılaraq ağır travma alıb.
ARANTV.AZ report-a istinadən bildirir ki, Quba rayonu Amsar kənd sakini 2015-ci il təvəllüdlü Kərimov Rəvan Elşad oğlu küçədə velosipeddən yıxılıb.
Qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

