Hadisə 

34 yaşlı kişi intihar etdi

Hadisə Səbail rayonunda qeydə alınıb.

ARANTV.AZ-ın məlumatına görə, O. Daşdəmirov küçəsi 55-də yaşayan 1984-cü il təvəllüdlü Mansur Vətən oğlu Mirzəyev intihar edib. 34 yaşlı Mansur yaşadığı evin həyətindəki ağacdan özünü asıb. Onun intihar etməsinə səbəb yaşadığı maliyyə sıxıntıları olub. Ailəsini dolandıra bilməyən Mansur Mirzəyev hamı yatdıqdan sonra əvvəlldən hazırladığı kəndirlə həyatına qəsd edib.

Faktla bağlı Səbail rayon prokurorluğunda cinayət məcəlləsinin 125 (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.ölkə.az

Daha çox xəbərlər

Leave a Comment