Məktəblərdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq
Bu gündən ümumi təhsil müəssisələrinin ibtidai (I-IV) siniflərində ənənəvi formada dərslər başlayır. Məktəblərdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.
Bu barədə”İki sahil”ə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, digər siniflər və məktəbdənkənar müəssisələrdə isə sentyabrın 29-dan həftədə beş dəfə olmaqla əyani tədrisə başlanılacaq.

