Cəmiyyət 

“İnternetdən insanlara qarşı terror vasitəsi kimi istifadə yolverilməzdir” – Əli Əhmədov / FOTOLAR

“Sosial şəbəkələr həyatımıza dərindən daxil olub və ciddi şəkildə təsir göstərir. Bu təsirin müsbət cəhətləri etiraf olunmalıdır. Təəssüflə qeyd etməliyik ki, bəzi hallarda sosial şəbəkələrdən söz və fikir azadlığı adı altında tamam başqa məqsədlər və niyyətlər üçün istifadə edirlər”.

ARANTV.AZ xəbər verir ki, bu sözləri bu gün keçirilən konfransda Baş nazirin müavini, Yeni AzərbaycanPartiyasının icra katibi – sədr müavini Əli Əhmədov deyib. Sədr müavini sosial şəbəkələrdə əxlaqi-mənəvi dəyərlərin tapdalanmasından danışıb. O bildirib ki, internetdə baş vermiş eybəcərliklər ailələrə də gəlib çatır. Unutmaq olmaz ki, bura şəxsi məkan deyil. Sosial şəbəkələri öz şəxsi məkanı kimi istifadə etmək olmaz. İnternetdən insanlara qarşı mənəvi terror vasitəsi kimi istifadə yolverilməzdir.

Əli Əhmədov əlavə edib ki, bugünkü tədbirin mahiyyəti sosial media ekspetləri, vətəndaş cəmiyyətinin üzvləri ilə sosial şəbəkələrin yaratdığı eybəcərliklərin texniki və hüquqi cəhətdən aradan qaldırılması istiqamətində müzakirələr aparmaqdır.

 

metbuat.az

Daha çox xəbərlər