Siyasət 

Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib

ARANTV.AZ xəbər verir ki, ötən il 450 mindən çox məhkəmə qərarının icrası təmin edilib. Hüquqi və fiziki şəxslərə 1 milyard 150 milyon manatdan çox vəsait ödətdirilib. Ədliyyə Nazirliyinin ötən ilin yekunlarına həsr olunan iclasında bu barədə məlumat verilib. Ədliyyə naziri Fikrət Məmmədov diqqətə çatdırıb ki, 2018-ci ildə 1800- ə yaxın normativ hüquqi akt layihəsi hazırlanıb, 3.300-dən çox akt hüquqi ekspertizadan keçirilib. Qanunvericiliyin elektron bazalarına 6.200-ə yaxın sənəd daxil edilib. Ölkə başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair sərəncamına uyğun olaraq məhkəmələr tərəfindən 6.000-ə yaxın məhkum haqqında sənədlərə baxılaraq təmin edilib, 4.200-dən çox məhkum cəzadan tamamilə azad olunub və ya cəza müddətləri azaldılıb. Həmçinin Ötən il 4.4 milyondan artıq notariat hərəkəti rəsmiləşdirilib. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 317 minə yaxın əməliyyat aparılıb. Daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə notariuslar tərəfindən 50 milyon manata yaxın vergi dövlət büdcəsinə köçürülüb.

Daha çox xəbərlər