Cammu və Kəşmirdə partlayışda ölənlərin sayı 45 nəfərə çatıb
Hindistanın Cammu və Kəşmir ştatında əldəqayırma bombanın partlaması nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb, 38 yaralı var.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bomba ehtiyat polis qüvvələrinin konvoyu yolda olarkən işə düşüb. Partlayışdan sonra atəş səsləri eşidilib.
İnsidentə görə məsuliyyəti “Caiş-e-Məhəmməd” qruplaşmasının terrorçuları öz üzərinə götürüb.
Ümumilikdə konvoydakı 78 avtomobildə 2547 polis əməkdaşı olub.

