Hadisə 

Şəhid atası olan jurnalist vəfat etdi

Jurnalist, publisist, yazar Allahverdi Gündoğdu vəfat edib.

ARANTV.AZ AZXEBER.COM-a istinadən xəbər verir ki, müxtəlif qəzetlərdə çalışan tanınmış jurnalist Allahverdi Gündoğdu uzun müddətdir müalicə aldığı xərçəng xəstəliyindən vəfat edib.

Kəlbəcərin Çərəktar kəndində anadan olan jurnalist həm də şəhid atası olub. Mərhumun oğlu Əliyev Etibar Allahverdi oğlu 1994-cü ildə şəhid olub və II “Şəhidlər xiyabanı”nda dəfn edilib.

Allah rəhmət eləsin!

Daha çox xəbərlər