Hadisə 

Bakıda ər və arvadı dəhşətli qəzaya düşdü – ÖLƏN VƏ YARALANAN VAR

Bakı şəhərinin Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

ARANTV.AZ xəbər verir ki, dünən saat 11650-də Sahil qəsəbəsi ilə Hacı Zeynalabdin Tağıyev qəsəbəsini birləşdirən yolda “VAZ 2121 -Niva” və “Toyota” markalı iki avtomobil toqquşub.

Qəza nəticəsində “Niva”nı idarə edən 1970-ci il təvəllüdlü sürücü həlak olub, onun xanımı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

publika.az

Daha çox xəbərlər