Dünya 

Türkiyədə zavodda PARTLAYIŞ baş verib – Polis içində partlayıcı olan daha bir paket tapıb

Türkiyənin İzmir vilayətində sənaye zonasının ərazisində partlayış baş verib.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, polis hadisə yerinə gəldikdən sonra partlayış olan ərazidə daha bir şübhəli paket aşkar edib.

Həmin paketin içərisində partlayıcı maddənin olduğu müəyyən edilib. Bir müddət sonra həmin maddə zərərsizləşdirilib.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

Daha çox xəbərlər