Şəhidlərimiz anılıb
YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları rayonun Vətən müharibəsi şəhidləri Sabir İsmayılov və Abbaslı Elgizin şəhadətlərinin ildönümü münasibətilə anım mərasimlərində iştirak edib, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, valideynlərinə dərin hüznlə başsağlığı veriblər.
ARANTV.AZ xəbər verir ki, şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və YAP rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.












