Dünya 

Rusiyanın bu şəhərindən də Bakıya müntəzəm reyslər açılacaq

Rusiyanın Voronej beynəlxalq hava limanı 2019-cu ildə Azərbaycan, Gürcüstan, Qazaxıstan və Tacikistana birbaşa müntəzəm reyslər işə salmağı planlaşdırır.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu hava limanının baş direktoru Aleksandr Beleviç deyib.

O qeyd edib ki, reyslər Voronejdən Bakı, Düşənbə, Tbilisi və Aktauya həyata keçiriləcək.

Bundan başqa, 2020-ci ildə həmin aeroportda Riqa, İstanbul və Dubaya da reyslərin açılması planlaşdırılır.

Daha çox xəbərlər