Əhali pulsuz tibb müayinədən keçirilir
ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, fevralın 11-dən Sumqayıt şəhərində də əhalinin pulsuz tibbi müayinəsinə başlanılıb. Aksiyanın keçiriləcəyi tibb müəssisələri lazımi avadanlıqla təchiz olunub, sakinlərin rahatlığı üçün bütün şərait yaradılıb.
Ənənəvi pulsuz tibbi müayinə aksiyasında insanlar fəal iştirak edirlər. Bu müayinələr 5 xəstəxana və 4 poliklinikada aparılır. Hər bir vətəndaş qrafik əsasında həkim müayinəsindən keçir, ehtiyac olduqda köməkçi-instrumental müayinələr də təyin edilir.
Tibbi müayinələrin təşkil edildiyi səhiyyə ocaqları ən son texnologiyalara uyğun, müasir tibbi avadanlıqlarla təchiz edilib. Bu da sakinlərin lazımi qaydada müayinədən keçməsinə zəmin yaradacaq. Aksiyada iştirak edənlər onlara göstərilən tibbi xidmətdən razılıq edirlər.
Aşkar olunan xəstəliklər üzrə stasionar və ya ambulator müalicə başlanılır. Bəzi xəstələr isə daha ətraflı müayinə üçün Bakıdakı ixtisaslaşmış tibb müəssislərinə göndıərilirlər.

