Kriminal 

Şəmkirdə arvadı və qayınanasını öldürməyə cəhd edən şəxsdən YENİ XƏBƏR

Şəmkirdə həyat yoldaşı və qayınanasına xəsarət yetirən şəxs barədə cinayət işi başlanılıb.

ARANTV.AZ  xəbər verir ki, Şəmkir rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, fevraln 14-də rayonun Kür qəsəbəsi sakini, 1987-ci il təvəllüdlü Elnar Cəfərov aralarında yaranmış mübahisə nəticəsində həyət yoldaşı, 1988-ci il təvəllüdlü İlahə Cəfərovanı və qayınanası, 1957-ci il təvəllüdlü Nailə Əyyubovanı mətbəxdən götürdüyü çapacaqla vuraraq öldürməyə cəhd edib.

Qonşuların səs-küyə hadisə yerinə gəlməsi nəticəsində E.Cəfərov onları öldürə bilməyib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Daha çox xəbərlər