Hadisə 

Avtobus gənc qadını vuraraq öldürdü – VİDEO

İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib.

ARANTV.AZ xəbər verir ki, bu saatlarda İsmayıllının mərkəzində şəhər daxili işləyən avtobus piyadanı vurub. Gənc qadın hadisə yerində ölüb. Qəzada ölən 1994-cü il təvəllüdlü İsmayıllı şəhər sakini, Bağıyeva Nərgiz Asif qızıdır. Gənc qızın İsmayıllı rayon mərkəzi xəstəxanasında işlədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

qafqazinfo

Daha çox xəbərlər