Gündəm 

Azərbaycan ötən il bu ölkədən 20 min tondan artıq quş əti idxal edib

2018-ci ildə Azərbaycan Ukraynadan 20 069 ton quş əti idxal edib.

ARANTV.AZ report-a istinadən xəbər verir ki, bunu ölkənin “Aqrar İqtisadiyyat İnstitutu” Milli Elmi Mərkəzinin direktor müavini Nikolay Puqaçyov bildirib.

“Bu, Ukraynanın ümumi quş əti ixracının 6,1%-nə bərabərdir”, – deyə o, qeyd edib.

2018-ci ildə Ukrayna rekord həcmdə – 646 mln. ABŞ dolları dəyərində 329 min ton quş əti ixrac edib. Bu isə 2017-ci ilə nisbətən 21,6% çoxdur.

Ötən il Ukraynadan ən çox quş əti idxal edən ölkə Niderland olub. Bu ölkəyə ixrac ümumi ixracın 17,9%-ni təşkil edib. Bundan başqa, Ukrayna Slovakiya (9,3%), Sədiyyə Ərəbistanı (9%), Belarus (8,4%), İraq (7%) və Almaniyaya (5%) quş əti ixrac edib.

Daha çox xəbərlər