Cəmiyyət 

Tanınmış jurnalistə ağır itki üz verib

Tanınmış jurnalist, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə ağır itki üz verib.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, V.Rəhimzadənin bacısı Pakizə Paşayeva dünən gecə dünyasını dəyişib.

Qeyd edək ki, mərhum Naxçıvan MR-in Culfa rayonunda yaşayırdı.

ARANTV.AZ internet televiziyası və  Trend İnformasiya Agentliyinin əməkdaşları mərhumun vəfatından kədərləndiklərini bildirir, V.Rəhimzadəyə və yaxınlarına dərin hüznlə bağsağlığı verirlər.

Allah rəhmət eləsin!

Daha çox xəbərlər