Hadisə 

Bakıda silahla gəzən şəxs tutuldu

Nərimanov rayonunda üzərində qanunsuz silah gəzdirən şəxs tutulub.

ARANTV.AZ xəbər verir ki, Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini E.Sadıqov saxlanılıb. Şəxsi axtarış zamanı ondan “Browing” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.ölkə.az

Daha çox xəbərlər