Şou biznes 

Dəfilə üçün xüsusi pəhriz -FOTOLAR

Azərbaycanlı model Günay Musayeva dünyaca məşhur model Sindi Krouforda bənzərliyi ilə diqqət çəkən türkiyəli model Tülin Şahinlə eyni podiuma çıxıb. ARANTV.AZ xəbər verir ki, “Afffair” brendinin yaradıcısı azərbaycanlı modelyer Rüfət İsmayılın “Butterfly Effect” (Kəpənək effekti) adlı dəfilə Nyu Yorkun ” Springs Studio “da baş tutub. “New York Fashion Week” çərçivəsində keçirilən dəfiləni Avropanın müxtəlif ölkələrindən gələn qonaqlar izləyiblər. Qeyd edək ki, Günay 6 aydır ki, bu dəfilə üçün hazırlaşıb. O, ciddi şəkildə diet və idmanla məşğul olub. Dizaynerin keçən il Nyu- Yorkda keçirilən moda nümayişində də G.Musayeva iştirak edib.

Daha çox xəbərlər