Dünya 

Yaponiyada quş fermasında yanğın: minlərlə cücə tələf olub

Yaponiyanın Honsü adasında, Omitama şəhərində yerləşən quş fermasında böyük yanğın baş verib. ARANTV.AZ trend-ə istinadən bildirir ki, yanğın nəticəsində minlərlə cücə tələf olub.

Yanğın bazar günü axşam saatlarında baş verib. Fermanın 4 tikilisi tamamilə yanıb.

Hazırda yanğın söndürülüb. Hadisənin səbəbi məlum deyil. Fermanın əməkdaşları yanğın nəticəsində xəsarət almayıb.

Polisin verdiyi məlumata əsasən, quş fermasında təxmini 80 min toyuq-cücə saxlanılırdı.

Daha çox xəbərlər