Cəmiyyət 

İlin sonunadək bütün ixracatçı şirkətlərin “Yaşıl dəhliz” sisteminə qoşulması planlaşdırılır

2019-cu il fevralın 1-dən Azərbaycanda “Yaşıl dəhliz” sisteminə yüzdən çox şirkət qoşulub.

ARANTV.AZ  trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Vergilər. Şəffaflıq. İnkişaf” forumunda deyib.

O bildirib ki, ilin sonunadək bu sistemə bütün ixracatçı şirkətlər və 40 faiz idxalatçı şirkətlər qatılmalıdır.

S.Mehdiyev “Yaşıl dəhliz”in tətbiq olunmasını Azərbaycanda biznesin inkişafı üçün qəbul edilmiş ən vacib tədbirlərdən biri və dövlətin sahibkarlığa qayğısının bariz nümunəsi adlandırıb.

Daha çox xəbərlər