Cəmiyyət 

Rəşad Məcid: “Bakı Nəqliyyat Agentliyi sürücülərə qan uddurur!”

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Bakı Nəqliyyat Agentliyini tənqid edib.

ARANTV.AZ-ın məlumatına görə, baş yazar bu barədə sosial şəbəkədə yazıb:

“Bakı Nəqliyyat Agentliyi sürücülərə qan uddurur! Bundan yumşaq söz demək çətindir! Maşını 20-30 saniyəlik saxlayıb sərnişin düşürənlərə 20-40 manat cərimə yazmağın başqa adı yoxdur!”

Qeyd edək ki, ötən ilin oktyabrından Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirlərinə başlayıb.

Ölkə.Az

Daha çox xəbərlər