Cəbhədən Xəbər 

2020-ci ilin 4 noyabrı.…

Tarixi Zəfərin qələbələrlə dolu hər anı

 

2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

 

ARANTV.AZ  44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.

 

Vətən müharibəsinin otuz doqquzuncu günü

 

Azərbaycan Müdafiə Nazirliyi cəbhənin cənub və cənub-şərq hissələrində – Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edən döyüşlər barədə məlumat verir.

 

Erməni tərəfi də öz növbəsində Şuşa, daha sonra Laçın yaxınlığındakı döyüşlər barədə məlumat vermişdir. “Qonadarma dağlıq qarabağ rəhbərliyi” bu istiqamətdə gedən döyüşlərin intensivliyi səbəbindən Ermənistandan Dağlıq Qarabağa gedən Şuşa-Laçın yolunun mülki vətəndaşlar üçün müvəqqəti bağlandığını elan etmişdir.

 

Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Cəbrayıl rayonunun Mirək, Kavdar, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərinin işğaldan tam azad edildiyini açıqlamışdır.

 

 

Daha çox xəbərlər