Dünya 

Gürcüstanda ərzaq məhsullarının və digər gündəlik tələbat mallarının qiymətləri kəskin bahalaşıb

Gürcüstanda ərzaq məhsullarının, alkoqolsuz içkilərin və digər gündəlik tələbat mallarının qiymətləri orta hesabla 18,4 faiz bahalaşıb.

 

ARANTV.AZ xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsi (Geostat) məlumat yayıb.

 

Bildirilib ki, oktyabr ayında ərzaq məhsullarının əksəriyyəti, tərəvəz və bağçılıq məhsulları illik müqayisədə 43 faiz bahalaşıb. Bununla yanaşı, yağ və yağ məhsullarının qiymətlərində 31,6 faiz qiymət artımı müşahidə olunub. Çörək və çörək məhsullarının qiymətləri 19,4 faiz, süd, pendir, yumurtanın qiymətləri 18,2 faiz, qənd, şəkər tozu, cem və digər şirniyyatların qiymətləri isə 18 faiz bahalaşıb.

 

Qeyd olunur ki, ət və ət məhsullarının qiymətləri 11,2 faiz, balıq məhsullarının 16 faiz, mineral və bulaq sularının, alkoqolsuz içkilərin, təbii şirələrin 13 faiz, meyvə və üzümün 9,3 faiz, qəhvə, çay və kakaonun qiymətlərində isə 6,4 faiz bahalaşma qeydə alınıb.

 

Məlumata görə, oktyabr ayında Gürcüstanda illik inflyasiya 12,8 faiz olub.

 

 

Daha çox xəbərlər