Gündəm 

“Biz qələbə qazanmışıq, indi dayanıqlı sülh müqaviləsi bağlanmalıdır” – professor

Toğrul İsmayıl: “Rusiya supergüc olsa da beynəlxalq hüquqa riayət etməlidir, öz imzaladığı üçtərəfli bəyanatın gerçəkləşməsində vasitəçi olmalıdır”

Dünya hərb tarixində kapitulyasiyalar az olmayıb. Lakin müasir dünya savaşlarında Ermənistan kimi 44 günə məğlubiyyətlə barışıb üçtərəfli bəyanat imzalamış ölkə hələ ki olmayıb.

“Yeni Müsavat” yada salır ki, noyabrın 10-da Rusiya – Azərbaycan – Ermənistan arasında üçtərəfli bəyanat qəbul edilməklə İrəvan təslim oldu. Çünki bu bəyanatın imzalanması Ermənistan üçün kapitulyasiya sənədinə qol çəkmək kimi bir hadisə idi. Üçtərəfli bəyanatın nəticəsində Azərbaycan işğalda olan 3 rayonunu – Ağdamı, Kəlbəcəri və Laçını müharibəsiz və itkisiz geri qaytardı. Bir güllə atılmadan bu üç böyük rayonun 30 illik işğalına son qoyuldu.

Yalnız Laçın şəhərinin özü dəhliz oradan keçdiyi üçün sülhməramlıların nəzarətindədir və ermənilər üçün nəfəslik saxlanılıb, rayon mərkəzində isə az sayda əhali yaşayır. Sənədə əsasən yeni dəhliz tikilməli və bundan sonra Laçın şəhəri də nəzarətimizə keçməlidir. Doğrudur, bu 1 il ərzində sülhməramlıların Azərbaycanın icazəsi olmadan başqa ölkələrin vətəndaşlarının Qarabağa gəlməsinə şərait yaratması hallarına rast gəlinib, bu da həm rəsmi etirazla qarşılanıb, həm cəmiyyət narazılığını çatdırıb. Elə son olaraq noyabrın 8-də Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Xankəndinə gəlməsini qeyd etmək olar. Azərbaycan Müdafiə Nazirliyi bu səfərlə bağlı etiraz bəyanatını yayıb.

ZƏNGƏZUR DƏHLİZİ AÇILMASA, LAÇIN KORİDORU BAĞLANA BİLƏR…” -Millət  vəkilindən şok detal - Alp.Az

Ona görə İrana göstərdiyimiz sərt reaksiyanı Rusiyaya da adekvat nümayiş etdirməliyik. Necə ki, sözümüzü, notamızı qulaqardı etdilər, biz də Gorus-Qafan yolunda gömrük və polis postumuzu qurduq, eləcə də gömrük və sərhəd xidmətlərimiz Laçın dəhlizində yerləşməlidir. Bəyanatın 1 ilinin tamam olduğu günlərdə Ermənistan Qarabağda növbəti təxribatlara əl atır. Onlar öz imzalarına güllə sıxır. Bu cür ucuz davranışlarla Azərbaycana heç nə edə bilməyəcəklər. Qapı çoxdan örtülüb. Ermənistan yeni şərtlərə, reallıqlara uyğun hərəkət etməlidir. Şans onun ayağına gəlib. Ya Azərbaycan-Türkiyə ittifaqının təklif etdiyi sülhə razı olacaq, ya yox olacaq. Türk dövlətlərinin əhatəsində heç nə edə bilməyəcəyini bilir. Rusiya da daha ona qahmar çıxmır. Avropa, Amerika da çox uzaqdır.

Ancaq tarixdən məlum olan digər kapitulyasiya aktları da var. Məsələn, ilk kapitulyasiya müqaviləsi 1453-cü ildə Genuya Respublikası ilə Osmanlı imperiyası arasında imzalanıb. 1535-ci ildə isə Sultan Süleyman Qanuni Fransa ilə kapitulyasiyaya imza atıb. Bundan başqa, Tetçer İngiltərəsi ilə Folklend uğrunda müharibə Argentinanın kapitulyasiyası ilə bitib. Kapitulyasiya – müharibədə tərəflərdən birinin müqaviməti dayandıraraq rəqibin bütün şərtlərini sözsüz qəbul etməkdir. XVIII-XIX əsrlərdə ABŞ və Avropa dövlətləri Asiya və Afrika ölkələrinə (Yaponiya, Çin, İran, Misir, Əlcəzair, Tunis, Mərakeş və s.) zorla kapitulyasiya rejimini qəbul etdiriblər. XX əsrin ortalarında bu praktikaya son qoyulub.

Türkiyədə yaşayan professor Toğrul İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, sənəddə nə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, nə onların silahlı gücləri Qarabağın dağlıq ərazilərindən çıxıb.

Toğrul İsmayıl: Milli Məclisin buraxılması qərarı Azərbaycandakı islahatlar  fonunda düşünülmüş addımdır

Toğrul İsmayıl

T.İsmayıl hesab edir ki, bu sənəd beynəlxalq çərçivədə qarşılıqlı razılaşmadır: “Xankəndi və ətraf ərazilərdə erməni silahlı birləşmələri var və Rusiya üzərinə düşəni etmir. Ermənistan ən azı ərazi bütövlüyümüzü tanısaydı, buna kapitulyasiya demək olardı. Bu, müharibədən daha çox antiterror əməliyyatıdır. Çünki içəridə Ermənistana bağlı hərbi birləşmələr var. Ancaq heç bir dövlət ”mənim ordumdur” demir. Halbuki, orada Rusiyanın “S 300″ və digər silahları var. Ona görə bizim üçün Vətən müharibəsidir, beynəlxalq hüquqa görə ciddi antiterror əməliyyatıdır. O səbəbdən dünya səsini çıxara bilmədi. Eyni zamanda, Azərbaycanın ordu və iqtisadi hazırlığı var idi və təmizləmə əməliyyatı həyata keçirildi. Biz qələbə qazanmışıq, indi dayanıqlı sülh müqaviləsi bağlanmalıdır, işğalçı güclər bölgədən tam çıxmalıdırlar. Bunu da sülhməramlı etməlidir. O baxımdan Ermənistan müdafiə naziri Azərbaycanın icazəsi olduqdan sonra ərazimizə gələ bilərdi. Amma sülhməramlılar özlərini Qarabağın hakimi kimi aparırlar, onların missiyası sülhü təmin etməkdir. Odur ki, bundan sonra Müdafiə Nazirliyinin bəyanatı yox, əməli davranışı olmalıdır. Çünki cizgi aşılıb və provokasiyaya yol verilib”.

T.İsmayılın sözlərinə görə, Rusiya bölgədə öz siyasətini yeritməyə çalışır: “Müttəfiqimiz Türkiyə olsa belə Rusiyanın  gücünü qəbul etmək lazımdır, reallıqdır. Amma Rusiya supergüc olsa da beynəlxalq hüquqa riayət etməlidir, öz imzaladığı üçtərəfli bəyanatın gerçəkləşməsində vasitəçi olmalıdır”.

“Yeni Müsavat”

Daha çox xəbərlər