Rusiya XİN: “Azərbaycanla Ermənistan sərhədində vəziyyəti sabitləşdirmək üçün addımlar atlılmalıdır”

“Azərbaycanla Ermənistan sərhədində vəziyyəti sabitləşdirmək üçün addımlar atlılmalıdır ki, hazırda Rusiya Prezidenti və aidiyyəti qurumlar bununla məşğuldur”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

Rusiya rəsmisi həyata keçirdikləri vasitəçilik missiyasının regionda sülhün bərqərar olmasına yönəldiyini diqqətə çatdırıb: “Tərəflərdən hər birinin öz mənafeyi var. Bunlardan bəziləri vəziyyətin inkişafına dair bizim rəyimizə ziddir, bəziləri isə uyğun gəlir. Hazırda vəziyyətin daha da gərginləşməməsi və dinc məcraya yönəlməsi üçün səy göstəririk”.