Gürcüstan KİV-ləri Azərbaycan Prezidentinin Soçiyə səfəri və keçirdiyi görüşlərdən yazdılar
Gürcüstanın “24news.ge”, “aktual.ge” və “interpress.ge” informasiya portalları, ictimai televiziyası (1tv.ge) Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş eləcə də, Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş barədə ətraflı məlumat yayıblar.
ARANTV.AZ xəbər verir ki, Azərbaycan, gürcü və ingilis dillərində AZƏRTAC-a istinadla yayımlanan məlumatlarda həm ikitərəfli, həm də üçtərəfli görüşlərdə müzakirə olunan məsələlər, eləcə də Azərbaycan Prezidentinin, Ermənistan baş nazirinin və Rusiya Prezidentinin bəyanatı barədə oxuculara məlumat çatdırılır.







