Bakıda yanan binada bir ailə 14-cü mərtəbədə qalıb – VİDEO
Bakı şəhəri, Şəfaət Mehdiyev küçəsində yerləşən yeni çoxmərtəbəli binada yanğın davam edir və söndürülməsi üçün tədbirlər görülür.
ARANTV.AZ “report”a istinadla xəbər verir ki, binanın 14-cü mərtəbəsində bir ailənin 4 üzvü qalıb.
Xilasedicilər onları binadan çıxarmağa çalışırlar.
Əraziyə yanğınsöndürən maşınlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, “Təcili yardım” maşınları cəlb olunub. Yanan binadan çıxarılan 10 nəfərə ilkin tibbi yardım göstərilib.
Onlardan 4-ü uşaq, 6-sı böyükdür. Ciddi xəsarətlər yoxdur.

