Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Ermənistan beynəlxalq hüquq və humanizm prinsiplərinin tələblərinə əməl etməlidir

By Vüsal Rafiqoğlu
07.12.2021 3 Min Read

Vətən müharibəsində qazandığımız tarixi Qələbədən sonra Azərbaycan cəmiyyəti, ümumilikdə bütün region yeni reallığa qədəm qoydu. Bu reallığın müəllifi olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin post-münaqişə dövründə əsas məqsədi işğaldan azad olunmuş əraziləri ən müasir standartlara uyğun bərpa etməklə yanaşı, yaranmış geniş imkanları həm də Azərbaycanın regionda yeni strateji maraqlarının gerçəkləşdirilməsi üçün səfərbər etməkdir. Bu məqsədlə də lazım olan bütün zəruri addımlar atılır.

Azərbaycan öz maddi imkanları hesabına azad olunmuş ərazilərdə irimiqyaslı yenidənqurma işləri, qlobal layihələr, tikinti işləri həyata keçirir. Ərazilərimizdə müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edilir.

Vətən müharibəsinin başa çatmasına baxmayaraq Ermənistan Azərbaycana qarşı mina müharibəsini davam etdirir. Ermənistan ordusunun işğal etdiyi bölgələrdə məhsuldar əkin sahələri, ümumiyyətlə, hərbi zonaya daxil olmayan bölgələr də minalanıb. Ermənistan tərəfinin işğaldan azad olunmuş torpaqlarımızda yerləşdirdikləri çoxsaylı “gizli ölüm”lər həm həmin bölgələrdə abadlıq və quruculuq işlərinin sürətlə aparılmasını ləngidir, həm də hərbçilərin, mülki əhalinin faciəvi ölümü ilə nəticələnir. Bu barədə Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlara məlumat veribsə də Ermənistan tərəfi bu gün də minalanmış sahələrin tam xəritəsini təqdim etmir.

Yeri gəlmişkən, cari ilin sentyabr ayında BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda təqdim olunan çıxışında da işğaldan azad olunmuş ərazilərdə əsas çətinliyin minalanmış ərazilər olduğu bir daha bəyan edildi: “ Lakin əsas çətinlik azad olunmuş ərazilərdə Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlıdır. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra bu günə qədər 2 jurnalist daxil olmaqla, 30 Azərbaycan vətəndaşı həlak olmuş, 130 nəfər isə yaralanmışdır. Azərbaycan dünyada ərazilərinin ən çox minalandığı ölkələrdən biridir. Bu, azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir.

Ermənistan dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Ermənistanın üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi 25 faizdir. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini bizə təqdim etsin.”

Xatırladaq ki, ötən il müharibə bitəndən bir neçə gün sonra mütəxəssislər və yerli ekspertlər işğaldan azad edilmiş ərazilərin tamamilə minalardan təmizlənməsi üçün azı 10-15 il müddətin lazım olduğu qənaətinə gəlmişdilər. Bu gün müzəffər ordumuzun 44 gündə erməni işğalından azad etdiyi ərazilərimizdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən intensiv minatəmizləmə işləri aparılır.

Düşmən 30 il ərzində minaların bütün növlərindən istifadə edib. Hazırda əldə olunan faktlara əsasən, düşmən piyadalar əleyhinə fuqas (yəni partlayış dalğalı) minalardan daha çox istifadə edib.Aşkar edilməkdə olan minaların istehsal illəri, aşkar edildikləri relyef bu dağıdıcı hərbi sursatların növləri, yerləşdikləri dərinlik müxtəliflikləri, yeni və solmuş rəng çalarları və sair kimi texniki halları işğaldan azad edilmiş ərazilərdə tapılan minaların son 30 il ərzində hər il basdırıldığını və minalı sahələrə texniki qulluq göstərildiyini deməyə əsas verir. Hər hansı səbəbdən partlamış minaların yaratdığı boşluqlar yeni minalarla əvəz edilib. Partlayıcı maneələr sayılan mina sahələrini daha da ölümcül etmək üçün düşmən tərəfindən məsafədən idarə edilən partlayıcı obyektlər basdırılıb.

İstənilən halda indiki zamanda Ermənistan dövləti konstruktiv mövqe tutaraq  30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında basdırdıqları bütün minaların dəqiq və doğru xəritələrini təqdim etməlidir. Çünki beynəlxalq hüquq və humanizm prinsipləri də bunu tələb edir.

Bir neçə gün əvvəl, dekabrın 4-də aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində də Azərbaycan Respublikası humanizm prinsiplərini əsas tutaraq noyabrın 16-da Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib.

Çox güman ki, xəritələrin dəqiqliyi yoxlanılandan sonra ictimaiyyətə bu barədə məlumat veriləcək.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qələbənin növbəti raundu

Next

Heydər Əliyev: Dühası hər bir azərbaycanlının taleyində yaşayan dahi

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv